İsrailin kommunikasiya naziri Şlomo Karhi 96 gündür İsrailin ağır hücumlarına məruz qalan Qəzza xalqının hücumlara davam edərək “könüllü köçə” məcbur edilməsi lazım olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Knesset televiziyasında iştirak etdiyi proqramda danışan İsrailin rabitə naziri Karhi İsrailin Qəzza zolağındakı insanları bölgədən “könüllü olaraq” köç etməyə təşviq etmək üçün müharibədən istifadə etmıyin lazım olduğunu bildirib.
Məsələnin hökumət iclaslarında da gündəmə gətirildiyini bildirən İsrailli nazir deyib ki, biz mütləq immiqrasiyanı təşviq etməliyik:
"Onları (Qəzza zolağındakı fələstinliləri) almaq istəyən ölkələr yoxdur. Ciddi miqdarda pul ödəsək də, heç kim onları almaq istəmir. Könüllü miqrasiya məsələsi çox önəmlidir. Bu, heç bir halda insan hüquqlarına xələl gətirmir. Müharibə davam etməlidir”.
Seymur Bənnayev
Sitat.info