Vilayət Eyvazov birinci müavini təqaüdə göndərdi - FOTO

18:01 9 Aprel 2022

Hüquq elmləri doktoru, polis polkovniki Mahir Əhmədov Daxili İşlər Nazirliyinin Polis Akademiyası rəisinin birinci müavini vəzifəsindən azad olunub.

“Report”un əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, M.Əhmədov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.



Xəbər xətti