Ötən günlərdə Mərkəzi Seçki Komissiyası (MSK) Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
Sitat.info xəbər verir ki, bununla da prezident seçkilərində 7 namizədin iştirak edəcəyi təsdiqlənib.
Mövcud qanunvericiliyə görə, namizədliyi qeydə alınan şəxslər MSK-ya seçki fondlarının gəlir və xərcləri əhatə edən maliyyə hesabatları təqdim etməlidir.
Qeyd edək ki, namizədliyi qeydə alınan daha 4 nəfər sözügedən heabatı təqdim edib. Hesabatlarda namizədlər seçki fondlarının gəlir və xərclərini qeyd edilib.
Belə ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin hesabatında 20 min manat gəlir olduğu bildirilib.
Xüsusi vəsaiti 10 min, fiziki şəxslərdən də 10 min manat gəlir əldə etdiyini qeyd edib. Vəsaitin 15 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin mliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib.
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın maliyyə hesabatında 10 min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur. Vəsaitin 8 mini isə xərclərə sərf edilib.
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin hesabatda fiziki şəxslərdən 1500 manat gəlir əldə etdiyini qeyd edib. Vəsaitin min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin mliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib. Seçki günündə istifadə olunmamış qalıq məbləğ isə 500 manat kimi bildirilib.
Namizədliyi özü tərəfindən irəli sürülmüş. Fuad Əliyevin maliyyə hesabatında iki min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur.
Qeyd edək ki, bundan əvvəl namizədliyi qeydə alınan 3 nəfərin hesabatı da açıqlanıb.
Xatırladaq ki, bu ilin fevalında Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.