Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 kvadratmetr olan beşotaqlı mənzilin bir otağında bir ədəd kondisioner və ev əşyaları 12 kvadratmetr sahədə yanıb.
Sitat.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 kvadratmetr sahədə əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.