Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zahəxarova ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı hücumlarının qlobal sülh və təhlükəsizliyə təhdid olduğunu bildirib və deyib: “ABŞ və müttəfiqlərinin məsuliyyətsiz hərəkətlərini qətiyyətlə pisləyirik”.
Sitat.info xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi mətbuat konfransında ABŞ və İngiltərənin Yəmənə hücumları ilə bağlı açıqlamalar verib.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) Qırmızı dənizlə bağlı ABŞ-ın mövqeyinin “bölgədə gərginliyi artırmaq üçün bəhanə olduğunu” vurğulayan Zaxarova deyib:
"Biz ABŞ və onun müttəfiqlərinin məsuliyyətsiz hərəkətlərini qətiyyətlə pisləyirik. Qırmızı dəniz regionunda genişmiqyaslı hərbi gərginliyin artması Yəmən probleminin həlli prosesində qeydə alınan müsbət tendensiyaları məhv edə və bütün Orta Şərq regionunda sabitliyi poza bilər. Bütün beynəlxalq ictimaiyyəti bu hərəkətləri pisləməyə və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün beynəlxalq təşəbbüsləri birləşdirməyə çağırırıq”.
Seymur Bənnayev
Sitat.info