Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Binəqədidə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Sitat.info xəbər verir ki, səfir bu barədə öz X hesabında paylaşım edib.
“Bakının Binəqədi rayonunda sexdə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirik. Allah rəhmət eləsin!” – P.Mixalko paylaşımda bildirib.