Suriyada terrorçuların "Lafarge" obyekti vurulub

15:43 15 Yanvar 2024

Tükriyə Milli Kəşfiyyat Təşkilatı son üç gündə Suriyanın şimalında onlarla hədəfi, həmçinin Fransanın sement şirkəti Lafarge-nin obyektinin yerləşdiyi kampusun bir hissəsində PKK/YPG üzvlərinə məxsus strateji hədəfi vurub.

Sitat.info xəbər verir ki,  2013-2014-cü illərdə terror təşkilatı DEAŞ-ı maliyyələşdirdiyi üzə çıxan Fransız sement şirkəti Lafarge-nin obyektinin bir hissəsini 2015-ci ildən bu yana PKK/YPG terror təşkilatı qərargah olaraq istifadə edir. 

Yerli mənbələrdən əldə edilən məlumata görə, MİT bazar günü günorta saatlarında Aynularabın cənubundakı kampusun bir hissəsində məskunlaşan terror təşkilatı PKK/YPG-yə aid məntəqəni hədəfə alıb.

Kənan

Sitat.info



Xəbər xətti