İsrail Qəzzada bələdiyyə maşınlarının təxminən 70 faizini istismardan çıxarıb

19:20 15 Yanvar 2024

İsrail ordusu oktyabrın 7-dən bəri bombardman etdiyi Qəzza zolağında bələdiyyənin ağır və orta ölçülü maşınlarının təxminən 70 faizini qəsdən hədəfə alıb və sıradan çıxarıb.

Sitat.info xəbər verir ki, Qəzza meri Yəhya əl-Sərrac AA müxbirinə İsrailin Qəzzaya hücumları zamanı bələdiyyə maşınlarına dəyən ziyan və xidmətin dayandırılması ilə bağlı qiymətləndirmələr edib.

Qəzza Bələdiyyəsinə aid vasitələrin təxminən 70 faizinin xidmətdən çıxdığını bildirən Sərrac deyib: “İsrail ordusu bələdiyyə xidmətlərində çalışan 130 ağır və orta ölçülü maşından 90-dan çoxunu Bələdiyyədə nəqliyyat qıtlığını yaşayarkən qəsdən bombalayaraq məhv edib".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti