ABŞ: Yəməndən atılan ballistik raket ABŞ gəmisini vurub

23:44 15 Yanvar 2024

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yəməndə husilərin nəzarətində olan bölgədən atılan ballistik raketin ABŞ-ın "Gibraltar Eagle" konteyner gəmisini vurduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, CENTCOM X sosial media hesabına hücumla bağlı açıqlama verib.

Açıqlamada deyilir: "Sana vaxtı ilə təxminən saat 16:00-da İranın dəstəklədiyi Husi yaraqlıları Yəməndə nəzarət etdikləri bölgədən anti-ballistik raket atıblar. Raket Marşal adaları bayraqlı ABŞ tərəfindən istifadə edilən və ABŞ-a məxsus "Gibraltar Eagle" konteyner gəmisinə dəyib".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti