Böyük Britaniyada yerləşən Fələstinlilər üçün Beynəlxalq Ədalət Mərkəzi (ICJP) adlı müstəqil təşkilat Qəzzada hərbi cinayətlərdə şərik olduqları iddiası ilə Britaniya nazirləri də daxil olmaqla yüksək rütbəli hökumət rəsmilərinə qarşı cinayət işi açıb və müharibə cinayətləri ilə bağlı sübutları Britaniya polisinə təhvil verib.
Sitat.info xəbər verir ki, FBƏM direktoru Beynəlxalq Hüquqşünas Tayab Əli, İngilis Polis Təşkilatına etdikləri cinayət şikayəti ilə bağlı, polisə müharibə cinayəti sübutların təqdim edilmısi mövzusunda çalışan hüquqşünas Haydee Dijkstal və İsrailə silah ticarətini davam etdirdiyi səbəbiylə İngilis hökumətinə qarşı hüquqi mücadilə başladan Qlobal Hüquqi Fəaliyyət Şəbəkəsi adlı qurumun hüquqşünaslarından Alice Hardy ilə mətbuat konfransı təşkil edib.
Seymur Bənnayev
Sitat.info