İran: Pakistanın hücumu nəticəsində mülki şəxslər ölüb

22:38 18 Yanvar 2024

İran Pakistanın sərhəd bölgəsindəki bir kəndə atdığı raket hücumunda 3-ü qadın, 4-ü uşaq olmaqla 7 nəfərin həyatını itirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Mərhəməti bildirib ki, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket hücumu edib.

İran rəsmisi deyib ki, bu hücumda 3 qeyri-iranlı qadın və 4 uşaq həyatını itirib.

Mərhəməti vilayətin Səravan şəhərində də partlayış baş verdiyini, lakin can itkisinin olmadığını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti