"İlk türkiyəli astronavt Alper Gezeravcının kosmosa uçuşu, Beynəlxalq Kosmik Stansiyada 14 gün təcrübə keçməsi böyük hadisədir və mühüm əhəmiyyət kəsb edir. Elektronika mühəndisi olan Alperin bu uğuru Türkiyədə, Azərbaycanda və bütün türk dünyasında uşaqlarda və gənclərdə texnologiya və kosmos sahəsinə maraq və həvəsi xeyli yüksəldəcək".
Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O bildirib ki, bu hadisədən sonraTürkiyənin kosmik sənaye sektorunun inkişafına ciddi təkan veriləcək: " Türkiyə kosmik resursların bölüşdürülməsində yaxından iştirak edən ölkəyə çevriləcək. Kosmosdan alınan informasiyaları, təcrübələrin nəticələrini əldə edən Türkiyənin elm və texnologiya qurumları, sahə üzrə universitetləri daha üstün, daha rəqabətədavamlı mövqe qazanacaq".
O.Gündüzun sözlərinə görə, kosmik stansiyada 13 fərqli istiqamət - kosmosda yaşayışın mümkünlüyü, insan genetikası və sağlamlığı, biologiya, materialşünaslıq, istehsal texnologiyaları, tibb, fundamental elmlər sahələri və s üzrə aparılan təcrübələr bu sahələrin, bütövtükdə isə bəşəriyyətin daha sürətli inkişafına təkan verəcək. Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), “Axiom Kosmos” qurumu və NASA arasında əməkdaşlıq güclənəcək və s".
Nərgiz,
Sitat.info