İsrailin Qəzzaya hücumları fasiləsiz olaraq davam edir

22:37 19 Yanvar 2024

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə havadan və qurudan hücumları nəticəsində çoxlu fələstinli ölüb və yaralanıb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın məlumatına görə, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsində Dərviş ailəsinə məxsus evi hədəf alıb.

Hücum nəticəsində 5 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisin Əl-Əməl bölgəsinə təşkil etdiyi hücumlarda 2 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti