Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.
Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.
"Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. 20 Yanvar müstəqilik arzusunun başladığı tarixdir. Allahdan şəhidlərimizə rəhmət diləyirik", - diplomat bildirib.