Kirman əyalətindəki hərbi hissədə çağırışçı əsgər beş əsgər yoldaşını öldürüb.
Sitat.info xəbər verir ki, bu barədə İran Ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulaməlian bildirib.
O deyib ki, çağırışçı hərbi mövqedə dincələn əsgərlərə atəş açıb və sonra hadisə yerindən qaçıb.
Qolaməlian atışmanın motivinin müəyyən edilməsi üçün araşdırmalara başlandığını, həmçinin çağırışçının təqibinin davam etdiyini vurğulayıb.
“Həmin şəxs Zerend şəhərinin yaxınlığında saxlanılıb”, – briqada generalı Əmir Qulamalian açıqlayıb.