Teodoros Rosopulos (Theodoros Rousopoulos) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.
Sitat.info xəbər verir ki, Yunanıstandan olan deputat AŞPA-nın qış sessiyası zamanı qurumun prezidenti vəzifəsini icra edəcək.
Qeyd edək ki, yunan jurnalisti və siyasətçisi T.Rosopulos 2004-cü ildən 2008-ci ilin noyabrına qədər Konstantinos Karamanlis hökumətinin mətbuat katibi və informasiya və kommunikasiyaya məsələləri üzrə dövlət naziri olub.
O 2008-ci ildə Vatopedi maliyyə qalmaqalına görə istefaya getməyə məcbur olub.