ABŞ qüvvələrinin Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raket buraxılış sistemlərinə 3 hücum təşkil etdiyi bildirilib.
Sitat.info xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi gündəlik mətbuat brifinqində Yəməndə husilərə qarşı son hücumlar haqqında məlumat verib.
Kirbi ABŞ qüvvələrinin Yəməndə husilərə məxsus gəmi əleyhinə ballistik raket buraxılış qurğularına 3 hücum təşkil etdiyini və bu hücumların Qırmızı dənizdə gəmilərin hərəkətini bir az da təhlükəsiz etmək məqsədi daşıdığını bildirib.
Seymur Bənnayev
Sitat.info