Bu gün dünyanın hər yerindən olan 11 astronavt və kosmonavt Beynəlxalq Kosmik Stansiyada birgə işləyir. Məlum olduğu kimi, aralarında türkiyəli Alper Gezeravcı da daxil olmaqla dörd Ax-3 astronavtı, iki həftəlik əməliyyatlara başlayıb.
Ax-3 ekipajı həftə sonunu elmi hadisələrlə dolu bir cədvələ başlamazdan əvvəl kosmik stansiya sistemləri və fövqəladə prosedurlar haqqında öyrənərək keçirdi.
NASA Axiom-3 komandasının indiyə qədər apardığı təcrübələri Beynəlxalq Kosmik Stansiyanın sosial media hesabında paylaşıb.
Türk astronavt Alper Gezeravcı kosmik gəmilərin həyati dəstək sistemlərinin saxlanması və Yer kürəsində məhsuldarlığın artırılması yollarını axtaran kosmik botanika təcrübəsi üzərində çalışıb.
Ax-3 komandiri Mixael Lopez-Alegria Pilot "Walter Villadey"-yə qoşulub və mikroqravitasiyanın Yerdə və kosmosda sağlamlığı yaxşılaşdırmaq üçün Alzheimer kimi neyrodegenerativ xəstəliklərin biokimyasına necə təsir etdiyini öyrənib.
İkili daha sonra kosmosdakı ekipajları və Yerdəki insanları qorumaq üçün xərçəng xəstəliklərinin qarşısının alınması və proqnozlaşdırılması məqsədi daşıyan bir araşdırma üçün nümunələri flüoresan mikroskopda yerləşdirib.
Astronavt Markus Wandt ionlaşmış qaz, neytral qaz və mikron ölçülü hissəciklərdən ibarət aşağı temperaturlu qaz qarışıqlarını müşahidə edərək plazma fizikasını araşdırıb.
Nərgiz,
Sitat.info