Ukrayna prezidenti Vladimir Zelenski indi çətin vəziyyətdədir, ona xaricdən pul verməyi dayandırıblar,
Sitat.info xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində qeyd edib.
Peskov bildirib ki, Qərb tərəfdaşları Ukraynaya pul verməyi dayandırıb:
"Zelenski çox çətin vəziyyətdədir, ona pul verməyi dayandırdılar, xaricdə onun üçün kifayət qədər mərmi yoxdur, ölkə daxilində də vəziyyət sakit deyil, çoxlu narazı insanlar var", - Peskov bildirib.
Nərgiz,
Sitat.info