“Meksika Müdafiə Nazirliyi Amerika ordusunun Meksikadakı silahları ilə bağlı ABŞ-a xəbərdarlıq edib. “Bu vəziyyətlə bağlı təcili araşdırma aparılmalıdır” -deyib.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu sözlər Meksikanın xarici işlər naziri Alisiya Barsenaya məxsusdur.
Meksikalı nazir bu barədə Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşdən dərhal sonra açıqlama verib.
Meksika ordusu narkotik kartellərinin əlində ABŞ ordusuna məxsus silahlar aşkar edib. Bunlar ABŞ-da mülki istifadə üçün satılmayan pulemyotlar, reaktiv yaylım atəşi sistemləri və qumbaralar idi.
Meksika administrasiyası Birləşmiş Ştatlardan məsələ ilə bağlı təcili təhqiqat aparmağı xahiş edib. ABŞ-ın Meksikadakı səfiri Ken Salazar bu vəziyyəti həll edəcəklərinə söz verib.
Meksika ordusu və donanması güclü silahlanmış olsa da, narkotik kartellərinin silahları indi tez-tez Meksika hüquq-mühafizə orqanlarının digər bölmələrini üstələyir.
Meksika uzun müddətdir ki, kartellərin əlində olan ABŞ istehsalı silahlarla mübarizə aparır. Lakin bu silahların ABŞ ordusuna məxsus olması onsuz da qeyri-qanuni immiqrasiya problemi yaşayan iki ölkə arasında gərginliyin artmasına səbəb olub.
Nərgiz,
Sitat.info