Qəzzada BMT-nin sığınacaq mərkəzi vurulub

19:09 23 Yanvar 2024

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini, İsrailin oktyabrın 7-dən bəri hücumlarını davam etdirdiyi Qəzza zolağının Xan Yunis bölgəsində UNRWA sığınacaq mərkəzinin hədəfə alındığını bildirib.

Sitat.info xəbər verir ki, Lazzarini sosial media hesabından verdiyi açıqlamada hücumlarda ən azı 6 fələstinlinin öldüyünü, çox sayda mülki vətəndaşın isə yaralandığını bildirib.

UNRWA işçilərinin, xəstələrin və köçkünlərin Xan Yunisdəki bir neçə xəstəxanada "ilişib" qaldığına diqqət çəkən Lazzarini deyib:

“Mən bütün tərəfləri mülki şəxslərə, sağlamlıq mərkəzlərinə və personala, habelə BMT obyektlərinə dəyən zərəri minimuma endirmək üçün beynəlxalq hüquqa uyğun olaraq bütün tədbirləri görməyə çağırıram”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti