İsrail: Qəzzada HƏMAS-ı hakimiyyətdə saxlayacaq atəşkəs olmayacaq

22:15 23 Yanvar 2024

İsrailin məhbusların azad edilməsi müqabilində iki aylıq atəşkəs təklif etdiyinə dair iddialardan sonra İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib ki, Qəzza zolağında HƏMAS-ın hakimiyyətdə qalacağı atəşkəs razılaşması olmayacaq.

Sitat.info xəbər verir ki, Levi mətbuat konfransında verdiyi açıqlamada İsrailin “Girovları Qəzzada tərk edəcəyi” və “Həmasın bölgədə hakimiyyətdə qalacağı" atəşkəs razılaşmasını qəbul etməyəcəyini qeyd edib.

Əsirlərin sərbəst buraxılması üçün işlərin davam etdiyini bildirən Levi məsələ ilə bağlı təfərrüatları açıqlamayıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti