Kanadada təyyarə qəzası: ölənlər var

10:30 25 Yanvar 2024

Kanadanın Arktika Şimal-Qərb ərazilərində, Fort-Smit yaxınlığında kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qəza nəticəsində 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Ölənlər 2 ekipaj üzvü və 4 sərnişin olub.

Kanada Nəqliyyat Təhlükəsizliyi İdarəsi qəza ilə bağlı araşdırmalara başlayıb.



Xəbər xətti