Baydenin çıxışı dəfələrlə Fələstin etirazları ilə kəsildi

13:42 25 Yanvar 2024

ABŞ prezidenti Co Baydenin qatıldığı seçki tədbirindəki çıxışı ardıcıl ikinci gün Fələstin tərəfdarı olan  etirazçılar tərəfindən kəsilib.
Sitat.info xəbər verir ki, Baydenin Virciniyadakı seçki tədbirindəki çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən dəfələrlə kəsildikdən bir gün sonra paytaxt Vaşinqtonda da eyni şey baş verdi.

Avtomobil istehsalçıları birliyinin tədbirində Baydenin çıxışı zamanı səslərini ucaldan etirazçılar Baydeni "Qəzzada atəşkəsə" çağırıblar.

Digər tərəfdən bir qrup etirazçı tədbirin keçirildiyi otelin qarşısına toplaşıb.

Etirazçılar Fələstin bayraqları  qaldırıb, Qəzzada dərhal atəşkəs tələbi ilə bağlı şüarlar səsləndiriblər.

Baydenin ötən gün Virciniya ştatında iştirak etdiyi seçki toplantısındakı çıxışı Fələstin tərəfdarı nümayişçilər tərəfindən dəfələrlə “soyqırımı maliyyələşdirməyi dayandırın” şüarları səsləndirərək kəsilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti