Rusiya: Qəzzada insanların ölümünü “soyqırım” adlandırmaq olar

19:22 25 Yanvar 2024

Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev Qəzza zolağında faciəli hadisələrin baş verdiyini və bunların qeyri-insani olduğunu bildirib. Lavrentyev deyib: "Qısa müddətdə qadın və uşaq da daxil olmaqla, bu qədər insanın həlak olması həqiqətən cinayətdir. Bunu soyqırım kimi qələmə vermək olar".

Sitat.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev dünən Qazaxıstanın ev sahibliyi ilə Astanada başlayan və bu gün ümumi iclasla başa çatan Suriya üzrə 21-ci Astana danışıqlarından sonra mətbuat konfransı keçirib.

Qəzza zolağındakı vəziyyətə toxunan Lavrentyev deyib: "Qəzza zolağında baş verən faciəvi hadisələr qeyri-insani xarakter alıb. Qısa müddətdə qadın və uşaq da daxil olmaqla, bu qədər insanın həlak olması həqiqətən cinayətdir. Bunu soyqırımı kimi xarakterizə etmək olar".

Kənan

Sitat.info



Xəbər xətti