Qəzzada 1,5 milyon insan çirkli su ilə yayılan xəstəliklərə yoluxub

19:24 25 Yanvar 2024

İsrailin 111 gündür hücumlarını davam etdirdiyi, elektrik və suyunu kəsdiyi Qəzza zolağı əhalisinin 66 faizi vəba, xroniki ishal və bağırsaq xəstəlikləri kimi çirkli suların yaydığı xəstəliklərə yoluxub.

Sitat.info xəbər verir ki, Fələstin Ətraf Mühitin Keyfiyyəti Təşkilatının verdiyi açıqlamaya görə, 2,3 milyon əhalisi olan Qəzza zolağında 1,5 milyondan çox insan su ilə yoluxan xəstəliklərə tutulub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti