İordaniyanın şimal-şərqində ABŞ-ın “Tower 22” adlı bazasına 3 Amerika əsgərinin ölümü ilə nəticələnən İHA hücumu ilə bağlı bir-birinin ardınca açıqlamalar gəlir. Bayden administrasiyasının iddialarına Tehrandan cavab gəlib.
Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani bölgədəki silahlı qrupların Tehrandan asılı olmadığını açıqlayıb: "Bölgədəki müqavimət qrupları öz qərar və hərəkətlərində İran İslam Respublikasından əmr almaz. İslam İran Respublikası regionda münaqişələrin inkişafını alqışlamır.
Kənani bəyan edib ki, İrana qarşı əsassız ittihamların təkrarlanmasında Amerika maraqlıdır, çünki ölkəsini regionda yeni müharibəyə sürükləməyə və bununla da problemlərini ört-basdır etmək üçün böhranı genişləndirməyə çalışır.
Xatırladaq ki. İordaniyanın Suriya sərhədi yaxınlığında yerləşən Tower 22 adlı ABŞ bazasına PUA hücumu həyata keçirilib. ABŞ Müdafiə Nazirliyi hücumda 3 ABŞ əsgərinin öldüyünü, 30-dan çox əsgərin yaralandığını açıqlayıb. Nazirlikdən verilən açıqlamada hücumun “İran dəstəkli” qruplar tərəfindən həyata keçirildiyi bildirilib və qeyd edilib ki, "ABŞ-ı, qoşunlarımızı və maraqlarımızı müdafiə etmək üçün bütün lazımi addımları atacağıq”.
ABŞ prezidenti Co Bayden həyatını itirən hərbçilərin ailələrinə başsağlığı mesajı yayımlayıb. Bayden cavabdehlərin məsuliyyətə cəlb ediləcəyini ifadə edib: “Əmin olun ki, biz bütün məsul şəxsləri yaxın vaxtda məsuliyyətə cəlb edəcəyik”.
Məğrur,
Sitat.info