PA rəsmisi Pakistan səfiri ilə görüşdü - Foto

19:18 29 Yanvar 2024

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edib.

"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam", - B.Haye qeyd edib.

Səfir bildirib ki, görüş çərçivəsində ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər:

"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə dinamika qatacaq".



Xəbər xətti