ABŞ silah ixracatında rekord qırdı! Satışlar 238 milyard dollara çatdı...

14:23 30 Yanvar 2024

Rusiya-Ukrayna müharibəsi müdafiə xərclərini və silah tələbini artırdıqca ABŞ-ın silah satışından əldə etdiyi gəlir 16 faiz artaraq 238 milyard dollara çatıb.
Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamenti 2023-cü ilin oktyabr ayına qədər olan maliyyə dövrünü əhatə edən hesabatı açıqlayıb.

Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra silah satışlarının artdığını ortaya qoyan hesabata görə, ABŞ 2023-cü ildə xarici ölkələrə silah satışında 16 faiz artım göstərib. ABŞ-ın ümumi silah satışı 238 milyard dollarla rekord qırarkən, bu satışın 81 milyard dolları birbaşa dövlət satışlarından əldə edilib.

Dövlət satışlarından əldə edilən məbləğ 2022-ci illə müqayisədə 56 faiz artıb. Qalan satışlar birbaşa xarici ölkələrə ABŞ müdafiə şirkətləri tərəfindən həyata keçirilib.

Ukraynanın qonşusu Polşa ordusunu genişləndirmək üçün ən çox alış-veriş edən ölkədir. Polşa 2023-cü ildə ABŞ-dan 12 milyard dollara Apache helikopterləri, 10 milyard dollara HIMARS və M1A1 Abrams tanklarını 3,75 milyard dollara alıb. Bundan əlavə, Polşa İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə Komandanlığı və İdarəetmə Sistemi üçün 4 milyard dollar ödəyib.

Səid,

Sitat.info



Xəbər xətti