“UKRAYNAYA ƏLAVƏ YARDIM VERİLMƏSƏ, BÜTÜN NƏTİCƏLƏR TƏHLÜKƏDƏ OLACAQ”
ABŞ dövlət katibi Entoni Blinken Bayden administrasiyasının Ukraynaya 61 milyard dollarlıq əlavə yardım göstərmək səylərinə diqqət çəkib. O bildirib ki, yardımların dayandırılması əldə olunan nəticələri də təhlükəyə atacaq: “Əlavə yardım olmasa ukraynalıların əldə etdiyi və onlara kömək etdiyimiz hər şey təhlükə altında olacaq. Bu əlavə yardım olmadan biz bütün düşmənlərimizə səhv və yalan mesaj verəcəyik, bəlli olacaq ki, biz azadlıq və demokratiyanı müdafiə etməkdə ciddi deyilik. Blinken vurğulayıb ki, bu vəziyyət Rusiya prezidenti Vladimir Putinin Ukrayna və ABŞ-a qalib gələ biləcəyinə inamını gücləndirəcək.
STOLTENBERQ: “PUTİNİN QƏLƏBƏ ÇALMASI FACİƏ OLACAQ”
ABŞ Konqresinin üzvləri ilə görüşəcəyini və Ukraynaya dəstəyin vacibliyini izah edəcəyini bildirən NATO-nun baş katibi Stoltenberq də bildirib ki, Putinin uğur qazanmasına yol vermək olmaz:
“Putinin qələbəsi ukraynalılar üçün faciə olacaq, eyni zamanda dünyanı hamımız üçün daha təhlükəli , daha güvənsiz edəcək.
“Bu, təkcə prezident Putini deyil, həm də Şimali Koreya, İran və Çin kimi digər ölkələrin avtoritar liderlərini güc tətbiq etməyə sövq edəcək".
Stoltenberq bu kontekstdə yaranacaq riskin gələcəkdə Tayvana da aid ola biləcəyini ifadə edib.
Məğrur,
Sitat.info