Orban Ukrayna ilə bağlı qərara razılıq verdi

17:50 30 Yanvar 2024

Macarıstan Ukraynaya yardımı AB-nin birdəfəlik dörd il ərzində deyil, hər il təsdiq edəcəyi təqdirdə yardım etməyə razıdır.

Sitat.info xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.

“Biz kompromis təklifi vermək qərarına gəldik. Büdcənin dəyişdirilməsinə, 50 milyard avroluq böyük məbləğin ayrılmasına razı deyilik. Əgər zəmanət versəniz ki, biz hər il pul ayırmağa davam edib-etməməklə bağlı qərar verəcəyik, o zaman Macarıstan 27 AB ölkəsinin qərarında iştirak etməyə hazırdır. Biz yaxın 3-4 ayda Ukraynada nə baş verəcəyini bilmirik və buna görə də bir neçə il üçün yardımın maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etmək düzgün deyil. Heç kim bilmir ki, ABŞ gələcəkdə Ukraynanın maliyyələşdirməsində iştirak edəcək”, - Orban bildirib.

 



Xəbər xətti