Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxs saxlanılıb - FOTO

00:42 30 Yanvar 2022

"Qardaş Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən 1985-ci il təvəllüdlü Fuad İsmayılov polis tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilərək saxlanılıb".

Sitat.info bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

"O, ilkin izahatında əməlini etiraf edib. Müvafiq araşdırmalar davam etdirilir", - DİN rəsmisi əlavə edib.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılıb



Xəbər xətti