Consondan SƏRT QINAQ: Belə olsaydı, Putin indi etdiklərini etməzdi

10:30 31 Yanvar 2024

"NATO Kiyev qarşısında özünü günahkar hesab edir. Çünki Ukraynada münaqişənin başlamasına imkan verib".

Sitat.info xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson (2019-2022) BBC-yə müsahibəsində deyib.

"NATO-da dərin institusional günahkarlıq hissi var. Əgər alyans vəd etdiyinə əməl etsəydi və ukraynalılar faktiki olaraq tamhüquqlu üzvlük yolu ilə getsəydilər, çox güman ki, Putin indi etdiklərini etməzdi", - deyə keçmiş baş nazir bildirib.

Consonun sözlərinə görə, NATO həmişə eyni anda iki stulda oturmağa çalışıb.

"Ancaq bu mövqe ölümcül oldu", - ingilis siyasi xadim vurğulayıb.



Xəbər xətti