Ukrayna 207 əsirini geri qaytardı

17:20 31 Yanvar 2024

Ukrayna və Rusiya arasında növbəti məhbus mübadiləsi həyata keçirilib və 207 ukraynalı vətənə qayıdıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib.

“Bizimkilər evdədir. 207 nəfər. Heç nəyə baxmayaraq, qaytarırıq. Hər bir əsir diqqətimizdədir. Hamısını qaytarmalıyıq”, - Zelenski bildirib.

Onun sözlərinə görə, proses Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanov, Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Milli Polisin rəhbəri İroq Klimenko və Koordiyasiya Qərargahının katibi Dmitri Usovun möhtəşəm işinin nəticəsidir.

Rusiya Müdafiə Nazirliyi isə yaydığı məlumatda qarşılıqlı olaraq 195 əsirin qaytarıldığını bildirib.



Xəbər xətti