BMT: Qəzzada jurnalistlərin öldürülməsini və susdurulmasını pisləyirik

22:18 1 Fevral 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) məruzəçiləri İsrailin sıx hücumları və blokadası altında olan Qəzzada jurnalistlərin öldürülməsini və susdurulmasını pislədiklərini açıqlayıb.

Sitat.info xəbər verir ki, BMT məruzəçilərinin verdiyi yazılı açıqlamada, "Həmasın 7 oktyabrda törətdiyi mənfur hücumdan sonra İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatın jurnalistlər üçün yaxın tarixin ən ölümcül və ən təhlükəli qarşıdurmasına çevrildiyi" bildirilib.

Qeyd edək ki, 7 oktyabrda başlayan və bu gün də davam edən müharibədə 122 media nümayəndəsi həlak olub. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti