Ermənistanın baş naziri Nikol Paşinyanın təklif etdiyi Avrasiya İqtisadi İttifaqına inteqrasiyanın gələcək inkişafı üçün prioritetlər əsasən Rusiyanın yanaşmalarına uyğundur, Moskva onların həyata keçirilməsinə dəstək verməyə hazırdır.
Bunu Rusiyanın baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında çıxışı zamanı deyib.
“Yanvar ayından İttifaq orqanlarında sədrlik funksiyası Ermənistana keçib. Hörmətli Nikol Vovayeviç, mən erməni həmkarlarıma uğurlar arzulayıram. Biz inteqrasiyanın gələcək inkişafı üçün Sizin təklif etdiyiniz prioritetləri diqqətlə öyrənmişik. Onlar ardıcıldır və əsasən Rusiya tərəfinin mövqeyi ilə üst-üstə düşür. Biz, əlbəttə ki, onların həyata keçirilməsi üçün hər cür dəstəyi verməyə hazırıq”, - Mişustin bildirib.
Almatıda Ermənistanın sədrliyi ilə Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilir.
Məğrur,
Sitat.info