İstanbulda kilsəyə hücumda şübhəli bilinən 17 İŞİD üzvü saxlanıldı

13:30 3 Fevral 2024

Türkiyənin İstanbul şəhərində yerləşən "Santa Mariya" kilsəsində bir nəfərin ölümü ilə nəticələnən silahlı hücumla əlaqəsi olmaqda şübhəli bilinən 17 İŞİD üzvü saxlanılıb.

Sitat.info bu barədə Türkiyə KİV-inə istinadən xəbər verir.

Keçirilən əməliyyatda həmçinin, terror təşkilatı ilə əlaqəli çox sayda sənəd ələ keçirilib.

Xatırladaq ki, yanvarın 28-də İstanbulda yerləşən "Santa Mariya" kilsəsində bazar ibadəti zamanı silahlı hücum baş verib. Maskalı iki şəxs tərəfindən açılan atəş nəticəsində kilsə işçisi olan 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşı həlak olub.



Xəbər xətti