Peskov: Türkiyə bizim mühüm ticarət və iqtisadi tərəfdaşımızdır

14:49 6 Fevral 2024

Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri zamanı Rusiya ilə Türkiyə arasında iqtisadi və ticari əlaqələrin müzakirə ediləcəyini bildirib və “Türkiyə bizim mühüm ticari və iqtisadi tərəfdaşımızdır” deyib. 

Sitat.info xəbər verir ki, Peskov Putinin bu ay baş tutması gözlənilən Türkiyə səfəri ilə bağlı paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.

Səfər zamanı Türkiyədə qaz mərkəzinin yaradılmasına dair yol xəritəsi, Rusiya ilə Türkiyə arasında ortaq bankın yaradılması kimi məsələlərin müzakirə edilib-edilməyəcəyi sualını cavablandıran Peskov, bütün bu məsələlər gündəmdə olacağını deyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti