Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-İran gərginliyi ilə bağlı deyib: “Güc nümayişi əvəzinə, bütün səylər İraqın daha geniş bir münaqişəyə cəlb edilməsinin qarşısını almağa yönəlməlidir”.
Sitat.info xəbər verir ki, İraqdakı hadisələr BMT Təhlükəsizlik Şurasında müzakirə edilib.
Burada üzv ölkələri məlumatlandıran BMT-nin İraq üzrə xüsusi nümayəndəsi Jeanine Hennis-Plasschaert, Qəzzadakı vəziyyət və başqa yerlərdəki hərbi fəaliyyətlər səbəbindən həm ümumilikdə Yaxın Şərqin, həm də İraqın “kritik döngədə” olduğuna diqqət çəkib.
Kənan
Sitat.info