Bərdədə iki uşaq atasının qaçırdığı qız tapıldı

12:59 30 Yanvar 2022

Xəbər verdiyimiz kimi, ötən gün Bərdə rayonu, Mustafaağalı kəndində 19 yaşlı Seyidli Cahan yaşadıqları evdən Salahov Cəmil adlı 40 yaşlı 2 uşaq atası tərəfindən qaçırılmışdı.  SİTAT.İNFO xəbər verir ki, ötən gecə qız polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİTAT.İNFO -ya bildirilib ki, yanvar ayının 29-da günorta radələrində 19 yaşlı qızın qaçırılması ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumat əlaqədar keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qız tapılaraq valideynlərinə təhvil verilib.  Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

 SİTAT.İNFO



Xəbər xətti