İsrail 71 fələstinlini azad etdi

15:00 8 Fevral 2024

İsrail Qəzza zolağında əməliyyatlar zamanı həbs edilən 71 fələstinlini azad edib.

Sitat.info xəbər verir ki, bu barədə Qəzza zolağındakı Sərhəd Keçidləri Baş İdarəsi məlumat yayıb.

“İsrail bu gün Kerem-Şalom keçidi vasitəsilə Qəzzanın müxtəlif bölgələrində həbs edilmiş 71 məhbusu azad edib. Onlardan 19-u qadındır”, - məlumatda qeyd olunub.



Xəbər xətti