Türkiyədə İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 147 şəxs həbs edilib.
Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X platformasındakı hesabında məlumat verib.
Məlumata əsasən, terrorla mübarizə çərçivəsində İŞİD-ə qarşı 33 vilayətdə “Qəhrəmanlar-49” adlı əməliyyat keçirilib.
Qeyd edək ki, ötən həftə Türkiyənin paytaxtı Ankarada İŞİD-ə qarşı keçirilən “Qəhrəmanlar-48” əməliyyatı zamanı 15 əcnəbi saxlanılmışdı.