Qazaxıstanda maska rejimi bərpa olundu

14:16 9 Fevral 2024

Qazaxıstan Respublikasının Baş Dövlət Sanitariya Həkimi “Hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsi haqqında” fərman imzalayıb.

Sitat.info xəbər verir ki, qərara əsasən, Qazaxıstan Respublikasının əhalisi arasında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin (qızılca, COVID-19 koronavirus infeksiyası, qrip və digər kəskin respirator virus infeksiyaları) yayılmasının qarşısının alınması məqsədilə maskalardan istifadə olunacaq.

Qeyd edək ki, koronavirusla bağlı əlverişsiz vəziyyətlə əlaqədar Milli Məclisdə maska rejimi tətbiq edildiyi barədə daha əvvəl məlumat verilmişdi.



Xəbər xətti