Xəbər verdiyimiz kimi Xəzər rayonunda “Hyundai” markalı minik avtomobilinin işıq dirəyinə çırpılması nəticəsində 1996-cı il təvəllüdlü Əliyev Əli Fazil oğlu dünyasını dəyişib. Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Sitat.info Manset.az-a istinadən xəbər verir ki, ağır yol qəzasında dünyasını dəyişən Ə.Əliyev Çevik Polis Alayının (ÇPA) əməkdaşı, polis serjantı olub.