İngiltərə İsrailin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücum ehtimalından dərin narahat olduğunu bildirib və İsraili mülki insanları və evləri qorumağa çağırıb.
Sitat.info xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, Qəzza əhalisinin yarısının sığındığı və ehtiyacı olanlara yardımın çatdırılması üçün həyati əhəmiyyət kəsb edən Rəfah Sərhəd Qapısının yerləşdiyi Rəfaha hərbi hücum ehtimalından dərin narahatıq.
Sözçü qeyd edib ki, Qəzzada prioritet münaqişədə təcili humanitar fasilə, bölgəyə yardım, məhbusların çıxarılması və davamlı daimi atəşkəs üçün çalışmaq olmalıdır.
Kənan
Sitat.info