Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb

09:13 14 Fevral 2024

Şimali Koreya şərq sahillərindən Yapon dənizinə bir neçə qanadlı raket buraxıb.

Sitat.info-nun məlumatına görə, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Raket buraxılışı saat 09:00 (Bakı vaxtı ilə saat 04:00) radələrində baş verib. Onların sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya tərəfi ayıq-sayıqlığı gücləndirdiyini və ABŞ-la əməkdaşlıq çərçivəsində Pxenyanın hərəkətlərinə nəzarət etdiyini qeyd edib.

Agentlik əlavə edib ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.



Xəbər xətti