“Rusiya” hava yollarına məxsus “Sukhoi Superjet 100” (S7) sərnişin təyyarəsi mühərrik nasazlığı səbəbindən Moskvanın Şeremetyevo hava limanına məcburi eniş edib.
Sitat.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, Moskvadan Sankt-Peterburqa uçan təyyarənin heyəti sol mühərrikin dayanması barədə məruzə edib.
Təyyarə yerli vaxtla saat 11:26-da (Bakı vaxtı ilə 12:26) Şeremetyevoya eniş edə bilib.
Qeyd edək ki, bu, S7 təyyarələrinin mühərriklərinin sıradan çıxması ilə bağlı yanvarın sonundan bəri 5-ci hadisədir.