Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarı Putin və Ukrayna lideri Zelenski ilə Ukraynadakı vəziyyəti sülh yolu ilə həll etmək üçün təmasları davam etdirdiyini bildirib.
Sitat.info xəbər verir ki, o, bu barədə Misirdən qayıdarkən deyib.
“Bir daha cəhd edib, nəticəyə yönəlmiş və xarici təsirlərdən azad olan prosesləri idarə etməklə (Ukraynadakı münaqişə kontekstində - red.) sülhün qapısını aça bilərik. Bu axtarışı həm cənab Putin, həm də cənab Zelenski ilə təmaslar vasitəsilə davam etdiririk. Əvvəldən ədalətli sülhün müharibədən daha üstün olduğunu vurğuladıq, bütün addımlarımızı bu anlayışla atmağa çalışırıq. Sülh istəyiriksə, buna nail olmağın yolunu mütləq tapacağıq”, - o bildirib.