Rusiya: Ukrayna ordusunun Belqoroda hücumu nəticəsində 6 nəfər ölüb

19:37 15 Fevral 2024

Rusiya Səhiyyə Nazirliyi Ukrayna ordusunun Belqorod şəhərinə təşkil etdiyi hücumda 6 nəfərin həyatını itirdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Səhiyyə nazirinin müavini Aleksey Kuznetsov jurnalistlərə açıqlamasında Ukrayna ordusunun Belqorod şəhərində bazara hücum etdiyini bildirib.

Hücum nəticəsində biri uşaq olmaqla 6 nəfərin öldüyü, 17 nəfərin yaralandığı barədə məlumatı paylaşan Kuznetsov səhiyyə naziri Mixail Muraşkonun göstərişi ilə Belqoroda mütəxəssis həkim briqadasının göndərildiyini və onlara tibbi yardım göstərildiyini bildirib. 

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti