Avropa İttifaqı İsraili Rəfah bölgəsinə hücum planından əl çəkməyə çağırıb və mümkün hücumun "fəlakətli humanitar vəziyyəti daha da pisləşdirəcəyi" barədə xəbərdarlıq edib.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Xidmətindən verilən yazılı açıqlamada, Rəfah bölgəsindəki bombardmanlardan xilas olmuş bir milyondan çox fələstinlinin olduğu bildirilmiş və İsrailin hücum planından “böyük narahatlıq” olduğu vurğulanmışdır.
Bəyanatda İsrail Rəfah bölgəsinə hücum etməməyə çağırılıb və mümkün hücumun "fəlakətli humanitar vəziyyəti daha da pisləşdirəcəyi və təcili ehtiyac duyulan əsas xidmətlərin və humanitar yardımın göstərilməsinə mane olacağı" xəbərdarlığı edilib.
Kənan
Sitat.info